Kiyevdə tramvay relsdən çıxıb

Kiyevdə tramvay relsdən çıxıb
 

Ukraynanın paytaxtı Kiyevdə tramvay relsdən çıxması nəticəsində 8 nəfər xəsarət alıb.

Paralel.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyası məlumat yayıb.

“Darnitski rayonunda, Anna Axmatova küçəsində tramvay vaqonu relsdən çıxıb. İlkin məlumata görə, tramvayın sürücüsü və yeddi sərnişin xəsarət alıb. Bütün zərərçəkənlərə tibbi yardım göstərilir və lazım gələrsə onlar xəstəxanaya yerləşdiriləcəklər”, - administrasiyanın məlumatında qeyd olunur.
İnsidentdən sonra iki marşrut üzrə tramvayların hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

 

0.02875018119812