Çökən binalara görə məsul şəxslərin 22 il həbsi tələb olunur

Çökən binalara görə məsul şəxslərin 22 il həbsi tələb olunur
 

Bu il fevralın 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan güclü zəlzələlər nəticəsində Diyarbıəkir şəhərində 1 blokun dağıldığı və 89 nəfərin həlak olduğu “Galeria” biinası ilə bağlı istintaq başa çatıb.

Paralel.az “Hürriyet”ə istinadla xəbər verir ki, 4-ü həbsdə olan 7 müttəhim barəsində "Şüurlu səhlənkarlıqla birdən çox şəxsin ölümünə və xəsarət almasına səbəb olma" maddəsi ilə iddia qaldırılıb.

Həbs edilən podratçılar Sedat Eser, Mehmet Şirin Yiğit, Şeyhmus Yiğit və texniki məsul Tevfik Demir və M.E., H.M.Y. və İ.H.Y.-nin hər birinin 22 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi tələb edilib.

İttiham aktındakı ekspertiza rəyində tikinti icazələrinin zəruri əlavələri olan arxitektura, statik dəmir-beton və quraşdırma layihələri tamamlanmadan təşkil edildiyi, təməl vizası alınmamasına baxmayaraq və binaya plomb qoyulduqdan sonra rəsmi icazə olmadan tikinti davam etdirildiyi, mövcud beton və armatur xassələrinin lisenziyaya əlavə edilmiş layihələrə uyğun hazırlanmadığına görə, texniki məsul şəxs və onların podratçıları məsuliyyət daşıdığı qeyd edilib.

 

 

 

0.013837099075317