Zelenski: Yunanıstan ukraynalı pilotların təlimində iştirak edəcək

Zelenski: Yunanıstan ukraynalı pilotların təlimində iştirak edəcək
 

Yunanıstan ukraynalı pilotların F-16 təyyarələrində təlimində iştirak edəcək, Ukraynaya müdafiə dəstəyi ilə bağlı detallar müzakirə edilir.

APA xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yunanıstanın Baş naziri Kiryakos Mitsotakislə birgə mətbuat konfransında deyib.

"Mən Rusiyanın bu dəhşətli təcavüzünün sonunu sürətləndirə biləcək konkret şeylərin adını çəkdim. Bu gün aviasiya koalisiyası üçün mühüm nəticəmiz var - Yunanıstan F-16-da pilotlarımızın təlimində iştirak edəcək. Biz buna görə minnətdarıq”, - deyə Zelenski bildirib.

 

0.043352127075195