Aliment ödənişinə hansı hallarda xitam verilir?

Aliment ödənişinə hansı hallarda xitam verilir?
 

Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə aliment ödəməyə borcludurlar. Əgər aliment məhkəmə qaydasında müəyyən olunubsa, ondan imtinaya yol verilmir, məhkəmə qərarının icra edilməməsi isə cinayət məsuliyyəti yaradır.

Paralel.az bu barədə qanunvericiliyə əsasən kiçik araşdırma edib.

Belə ki, məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə bəzi hallarda xitam verilə bilir:

Uşaq 18 yaşına çatdıqda və fəaliyyət qabiliyyəti əldə etdikdə;

Aliment alan şəxsin əmək qabiliyyətinin bərpa olunduğu və ya artıq yardıma ehtiyacı olmadığı məhkəmə tərəfindən müəyyən edildikdə;

Tərəflər arasında müqavilə bağlanıbsa, bu müqavilə başa çatdıqda alimentin ödənilməsinə xitam verilir.

 

 

0.015151023864746