Tayvan silahlı qüvvələrinə Çinlə bağlı TAPŞIRIQ

Tayvan silahlı qüvvələrinə Çinlə bağlı TAPŞIRIQ
 

Çin təyyarələri Tayvanın hava hücumundan müdafiə sisteminə daxil olub.

Paralel.az ” xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi “X”də (keçmiş “Twitter”) məlumat yayıb.

Məlumata görə, son sutka ərzində Tayvan boğazı zonasında Çin Xalq Azadlıq Ordusunun 45 təyyarəsi və 9 gəmisi qeydə alınıb. Onlardan 27-si Tayvan boğazının median xəttini keçərək Tayvanın cənub-qərb hava hücumundan müdafiə sisteminə daxil olub.

Silahlı qüvvələrə vəziyyəti izləmək və tələb olunarsa, bu hərəkətlərə cavab vermək tapşırığı verilib.

Qeyd edək ki, bunlar SU-30 qırıcıları, Y-9 nəqliyyat təyyarəsi, Z-9 helikopteri, J-10 və J-11 qırıcıları olub.

 

0.013463020324707