“Qəbələ” arıdıcl üçüncü oyunda məğlub oldu - VİDEO

“Qəbələ” arıdıcl üçüncü oyunda məğlub oldu - VİDEO
 

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Paralel.az xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:2. “Gənclik şəhəri” təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurublar. “Qırmızı-qaralar”da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən “Sumqayıt” ikinci qələbəsini qazanıb. Komanda altı xalla “Zirə” və “Turan Tovuz”la birlikdə zirvəyə şərikdir. “Qəbələ” isə hər üç qarşılaşmadan məğlub ayrılıb və sonuncu pillədədir.
Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Zirə”ni qəbul edib. Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” - “Araz-Naxçıvan” və “Sabah” - “Neftçi” matçları avqustun 20-də baş tutacaq.

 

0.015892028808594