Rus təyyarələri 2 ölkənin hava məkanını pozdu

Rus təyyarələri 2 ölkənin hava məkanını pozdu
 

Rusiya aviaşirkətlərinin üç təyyarəsi - "Rossiya", "Ural Airlines" və "Nordwind" Finlandiya və Estoniyanın hava məkanını pozub.

Paralel.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb. 
Ətraflı

Bildirilib ki, tufan səbəbindən Kalininqraddan uçarkən təyyarələr sərhədi keçib:
"Uçuşların təhlükəsizliyinin təmin edilməsi məsələsində qarşılıqlı yardım prinsiplərini rəhbər tutaraq Rusiya tərəfi zərurət yaranarsa, Rusiya Federasiyasının hava məkanında xarici dövlətlərin hava gəmilərinin təhlükəsiz uçuşunu təmin etməyə hazırdır".

 

0.012830018997192