Trampın işinə baxan hakimi ölümlə hədələdilər

Trampın işinə baxan hakimi ölümlə hədələdilər
 

Amerika hüquq-mühafizə orqanları ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı cinayət işlərinə baxan hakimi öldürməklə hədələyən qadını saxlayıb.

Paralel.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, 43 yaşlı Abigail Co Sri avqustun 5-də Vaşinqtonda məhkəməyə zəng edib.

Sri Trampa qarşı işə baxan hakim Tanya Çutkana "Biz sizi öldürmək istəyirik. Əgər Tramp 2024-cü ildə seçilməsə, səni öldürməyə gələcəyik", - deyib.  
Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

 

0.030620813369751