Ermənilərin növbəti fiaskosu - BMT TŞ gözləntiləri PUÇA ÇIXARDI

Ermənilərin növbəti fiaskosu - BMT TŞ gözləntiləri PUÇA ÇIXARDI
 

Ermənistanın müraciəti əsasında BMT Təhlükəsizlik Şurasında Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı məsələnin müzakirəsi fiaskoya uğradı. 

Bunu “Paralel.az ”a açıqlamasında deputat İltizam Yusifov deyib.

Onun sözlərinə görə, bir aya yaxın idi ki, ermənilər Azərbaycana qarşı beynəlxalq səviyyədə “humanitar böhran”, “blokada”, “aclıq” adı altında haray-həşir salıb kampaniya başlatsalar da, nəticədə bu kampaniya da iflasa uğradı. 

“Ermənistan havadarlarının və erməni lobbisinin səyi nəticəsində məsələ BMT Təhülkəsizlik Şurasının iclasında müzakirəyə çıxarılsa da, heç bir yekun sənəd qəbul edilmədi. Sadəcə, dinləmələr oldu və orada bütün iştirakçılar məsələ ilə bağlı mövqeyini səsləndirdi. Fransa xaric çıxış edən digər dövlətlərin təmsilçisi, əslində, Azərbaycanın təkliflərini dəstəkləyərək məsələnin həllinə tərəfdar olduqlarını qeyd etdilər. Azərbaycanın təmsilçisi Yaşar Əliyev isə erməni tərəfinin “humanitar böhran”, “aclıq”la bağlı   səsləndirdiyi bütün iddiaları alt-üst edərək növbəti dəfə onların iç üzünü, riyakarlığını, yalanını açıb ortaya qoydu. Bir sözlə, Azərbaycan Prezidentinin hücum diplomatiyası öz bəhrəsini verdi və erməniləri növbəti ağır məğlubiyyətə düçar etdi”, – o qeyd edib.

Deputat əlavə edib ki, Azərbaycan bir daha dünyanın ən mötəbər beynəlxalq təşkilatında öz ədalətli mövqeyini qətiyyətli şəkildə müdafiə edərək qarşı tərəfi ifşa etməyi bacardı: 

“BMT TŞ-nin dünən keçirilən iclasından bu nəticələrə gəlmək olar:

- Ermənilərin Azərbaycana qarşı növbəti təbliğat kampaniyası darmadağın edildi və bu onlara ağır zərbə oldu. 
- Beynəlxalq aləm Azərbaycanın sülh təkliflərini məqbul saydılar. 
- Ağdam-Xankəndi yolunun açılması BMT səviyyəsində səsləndirildi və bu yolun açılması ilə bağlı beynəlxalq səviyyədə ustalıqla ictimai rəy formalaşdırıldı. Yəni Qarabağdakı erməni icması öz tələbatını bu yoldan istifadə etməklə təmin etməlidir. Bu yolun eyni zamanda Qarabağdakı erməni icmasının reinteqrasiyasında müstəsna rol oynayacağı qeyd edildi.
- Laçın SBM Ağdam-Xankəndi yolu ilə paralel fəaliyyət göstərməlidir. 

Bir sözlə, BMT TŞ iclası ermənilərin gözləntilərini doğrultmadı və onların ümidlərini puça çıxardı. Odur ki, erməni tərəfinin Azərbaycanın şərtlərini qəbul etməkdən başqa alternativi qalmır. Ya onlar bunu xoşluqla qəbul edəcəklər, ya da Azərbaycan güc tətbiq etmədən beynəlxalq hüququn verdiyi imkanlardan beynəlxalq norma və prinsiplərinə uyğun şəkildə buna nail olacaq. Gücədək yetərincə hüquqi cəhətdən təsir mexanizmləri mövcuddur və Azərbaycan bu təsir rıçaqlarından faydalanmaqla erməniləri məğlub duruma salacaq”.

Mürtəza
Paralel.az

 

0.016889095306396