Ukrayna dəhlizi açdı: ilk gəmi İstanbula yola düşdü

Ukrayna dəhlizi açdı: ilk gəmi İstanbula yola düşdü
 

Ukrayna Moskvanın “Taxıl Dəhlizi Müqaviləsi”ndən çıxmasından sonra gəmiləri hədəfə alacağı təhdidlərinə baxmayaraq, taxıl yüklü gəminin Odessa limanını tərk etdiyini açıqlayıb. 

Paralel.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, gəmi İstanbula doğru yola düşüb.

Belə ki, müqavilənin müddəti bitdikdən sonra ilk dəfə gəmi Odessa limanını tərk edib.

Rusiya tərəfindən gəmiyə hər hansı müdaxilənin olub-olmayacağı maraqla gözlənilir.

Gəmi Ukrayna, Rumıniya və Türkiyənin ərazi sularından istifadə edərək hərəkət edəcək.

Xatırladaq ki, Honq-Konq bayraqlı “Joseph Schulte” gəmisi 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynanı işğal etdiyi vaxtdan bəri Odessa Limanında qapalı vəziyyətdə qalıb.

Günay

 

0.012284994125366