Seyfəddin Əliyevin sürücüsünün intihara cəhd xəbərinə ailəsindən reaksiya

Seyfəddin Əliyevin sürücüsünün intihara cəhd xəbərinə ailəsindən reaksiya
 

Yeni Azərbaycan Partiyasının (YAP) Masallı rayon təşkilatı sədri Seyfəddin Əliyevin sürücüsü Elman Abdullayevin intihara cəhd etməsi ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə onun sirkə turşusu içərək özünü öldürmək istədiyi bildirilib.

E. Abdullayevin qayınatası Qənbər Kərimov isə saytımıza açıqlamasında kürəkəninin intihara cəd etməsinin yalan olduğunu deyib.

“Ot yığarkən qəfil halı pisləşib, yerə yıxılıb. Hələ ki, səbəb nədir bilinmir. Hazırda Bakıdakı Kiliniki Tibbi Mərkəzdə reanimasiyadadır”.

Məsələ ilə bağlı araşdırma aparılır.

 

0.012509107589722