Ukrayna PUA-larla Krıma hücum etdi

Ukrayna PUA-larla Krıma hücum etdi
 

Rusiya Müdafiə Nazirliyi 20 Ukrayna pilotsuz təyyarəsinin (PUA) Krıma hücum etdiyini açıqlayıb.

Paralel.az ” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, şənbə günü gecə rus hərbçiləri Ukraynanın Krım yarımadası ərazisindəki obyektlərə qarşı hücum cəhdini dəf edib, itki və dağıntı yoxdur.

Rusiya tərəfinin açıqlamasında görə,  Ukraynaya məxsus 14 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, daha 6 pilotsuz uçan aparat isə elektron müharibə ilə məhv edilib.

Rusiya və yerli teleqram kanalları isə yazır ki, yerli sakinlər Krımın Kirovski rayonunda güclü partlayış səsi eşitdiklərini bildiriblər. PUA hücumu ilə əlaqədar Krım körpüsü gecə saatlarında bağlı olub.

Yarımadaya əvvəlki oxşar hücum iyulun 30-da edilib  və o zaman rus hərbçiləri 25 pilotsuz təyyarənin hücumunu dəf edib.

Mürtəza
Paralel.az

 

0.014525175094604