"Barbie" filmini qadağan edən ölkələr artmaqdadır

 

Bu ilin ikinci ən çox gəlir əldə edən və bütün dünyada trend mövzusu olan “Barbie” filmini qadağan edən ölkələrin sayı artmaqdadır.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, film Pakistanın Pəncab əyalətində “uyğun olmayan məzmun” olduğu səbəbilə təxirə salınıb. 

Lakin keçən ay bəyanatla çıxış edən Pakistan səlahiyyətliləri etiraz edilən məzmunun nə olduğu barədə açıqlama verməyiblər.

Xatırladaq ki, “Barbie” filmi bundan əvvəl Livan və Küveytdə də qadağan olunub.

 

0.016618967056274