Xırladanda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Xırladanda arvadını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını  qətlə yetirməkdə təqsirləndirilən Səadətdin Nuriyevin cinayət işi məhkəmə hazırlıq iclası keçirilib.

Paralel.az xəbər verir ki, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirlib.

Məhkəmə baxış iclası noyabrın 28-nə təyin olunub.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Xırdalan şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 28 yaşlı Əfsanə Nuruyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qeyd edilib ki, o, həyat yoldaşı 30 yaşlı Səadətdin Nuriyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla ölüdürülüb.

Bildirilib ki, Səadətdin Nuriyev qətli törətdikdən sonra qaçıb.

İddialara görə, hadisədən əvvəl ər-arvad arasında mübahisə olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Səadətdin Nuriyevin olduğu yer müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

 

0.015100955963135