Nigerdəki üsyançılar ölkə prezidentini öldürməklə hədələyib

Nigerdəki üsyançılar ölkə prezidentini öldürməklə hədələyib
 

Nigerdəki üsyançılar qonşu dövlətlər prezident Məhəmməd Bazumu vəzifəsinə qaytarmaq üçün cəhd göstərsələr siyasətçini öldürəcəklər.

Paralel.az ” xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Nəşrə görə, prezidentin öldürüləcəyi ilə bağlı sözlər ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nulandın Nigerə səfəri zamanı səsləndirilib.

Xatırladaq ki, Qərbi Afrika İqtisadi Birliyinin (ECOWAS) sammitində təşkilata üzv ölkələrin liderlərinə qurumun ehtiyat qüvvələrinin dərhal hazır vəziyyətə gətirilməsi tapşırılıb. Qeyd olunub ki, birlik Nigerdə vəziyyətin sülh yolu ilə nizamlanmasına sadiqdir, lakin bütün variantlardan istifadə etməyə də hazırdır.

 

0.011121034622192