Fransada bir qrup əlil gəncin qaldığı bağ evi yandı: ölən və yaralananlar var

Fransada bir qrup əlil gəncin qaldığı bağ evi yandı: ölən və yaralananlar var
 

Fransanın şərqindəki Vinzenhaym şəhərində öyrənməkdə çətinlik çəkən bir qrup əlil gəncin qaldığı bağ evində səhər saatlarında yanğın baş verib.

Paralel.az “Milliyet” qəzetinə istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub, 2 nəfər isə itkin düşüb.

Bağ evini əhatə edən alovu söndürmək üçün 80-ə yaxın yanğınsöndürən səy göstərib.

Yanğınsöndürənlər 17 nəfəri evdən çıxara bilib, 1 nəfərə xəstəxanada tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

 

 

0.017596006393433