“Rabitəbank”da rəhbər vəzifəyə TƏYİNAT

“Rabitəbank”da rəhbər vəzifəyə TƏYİNAT
 

“Rabitəbank” ASC-də Biznes Bankçılığı Departamentinin direktor müavini vəzifəsinə yeni təyinat olub.

Paralel.az xəbər verir ki, Məhəddin Muradov “Rabitəbank” ASC-nin Biznes Bankçılığı Departamentində direktor müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Məhəddin Muradov İqtisad Universitetində Menecment ixtisası üzrə təhsil alıb. M. Məhəddin daha öncə Rabitəbankın Biznes Bankçılığı Departamentində şöbə rəisi vəzifəsində fəaliyyət göstərib.

0.021504878997803