Şəkildəki detalı görən qadınlar şok oldular: Hekayəsi film oldu 

Şəkildəki detalı görən qadınlar şok oldular: Hekayəsi film oldu 
 

Şotlandiyanın Arqayl bölgəsində rəfiqələrinin yaxın günlərdə baş tutacaq toyunu qeyd edən qadınlar göl kənarında bir neçə foto çəkdirdikdən sonra dəhşətə gəliblər. 

Paralel.az xəbər verir ki, görüntülərin birində kötüyün arxasından çıxan azyaşlı uşaq əks olunub. 

Fotodakı uşağın kim olduğunu araşdıran qadınlar yuxuda gəzən uşağın göldə boğulması hekayəsini öyrəndikdən sonra ərazini təcili şəkildə tərk ediblər.

Bölgənin lənətli olduğu hekayəsi ilə bağlı film çəkən "The Blue Boy" ssenaristi Paul Murton deyib: "Hotel sahibi ilə danışırdım və o, "Blue boy"dan bəhs etdi. Hotel sahibinin dediyinə görə, ailəsi ilə tətilə gələn azyaşlı yuxuda gəzərkən hoteldən çıxıb və gölə düşərək boğulub. Hotel işçiləri bıçaq və boşqab kimi şeylərin heç bir səbəb olmadan çox vaxt yerində olmadığını, bəzən yuxarı mərtəbədəki dəhlizdə yaş ayaq izləri gördüklərini deyirlər."

 

0.013833999633789