Metroda nasazlıq: sərnişinlər düşürüldü

Metroda nasazlıq: sərnişinlər düşürüldü
 

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olub.

Bu barədə Paralel.az a "Bakı Metropoliteni" QSC-dən məlumatverilib.

Bildirilib ki, bu səbəbdən sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.

"Qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə qatar verilib", -deyə açıqlamada qeyd olunur.

 

0.02016806602478