Şizofreniyadan əziyyət çəkmiş məşhurlar - SİYAHI

Şizofreniyadan əziyyət çəkmiş məşhurlar - SİYAHI
 

Dünyada milyonlarla insanın əziyyət çəkdiyi şizofreniya irsi xəstəliklərdən biridir. İndiyə qədər bir çox məşhur insana da bu diaqnoz qoyulub.

Paralel.az xəbər verir ki, şizofreniyadan əziyyət çəkən məşhurların bir qismi xəstəliklərindən rahat şəkildə danışsa da, digər bir qismi səssiz qalmağı seçib.

Şizofreniya xəstəsi olan bəzi məşhurları təqdim edirik:

402147

Riyaziyyatçı Con Naş Nobel mükafatı laureatı və “Ağıl Oyunları” kitabının müəllifidir. 1950-ci illərdə ona şizofreniya diaqnozu qoyulub. O, psixiatriya xəstəxanasında müalicə olunub və sonrakı illərdə sağalıb. "A Beautiful Mind" filmində onun həyat hekayəsindən bəhs edilir.

402146
Caz musiqiçisi Tom Harel şizofreniya xəstəsi olduğunu açıq şəkildə bildirib və bu xəstəliyə görə musiqi ilə məşğul olmağa ara verməli olub. 

402145
"Fleetwood Mac" qrupunun qurucu üzvlərindən biri olan Piter Qrin şizofreniya diaqnozu qoyulduqdan sonra musiqi dünyasını tərk edib, lakin sonrakı illərdə musiqi karyerasına qayıdıb və yazmağa davam edib.

402144
"Pink Floyd"un qurucu üzvlərindən biri olan Sid Baretə 1968-ci ildə şizofreniya diaqnozu qoyulub. O, musiqi karyerasına son qoyub. 

402143
Albert Eynşteynin oğlu Eduard da şizofreniya xəstəsi olduğu üçün həyatının çox hissəsini psixatriya xəstəxanalarında keçirib.

Fidan
Paralel.az

 

0.026740074157715