Dolaşıq suallarla aparılan müsahibələr

Dolaşıq suallarla aparılan müsahibələr
 

Son günlər sosial şəbəkələrdə müəllimlərə müsahibələrdə verilən suallar müzakirə edilir, Müsahibədə iştirak edənlər bu sualları şəbəkədə ictimailəşdirirlər. Bu normal haldır, fikir mübadilədi aparılır.
Müsahibə sualların qoyuluşunda və məzmununda xeyli ciddi səhvlər var.

Məsələn:
Müsahibə sualı 1. Siz şagirdlərə dərsi necə tədris edərsiz ki, hər bir şagird individual olaraq dərsi anlasın ? Nəzərə alsaq ki, hər bir şagird müxtəlif dünyagörüşü və fərqli mühitdən gəlir.

Bu sualı verən heç özü də yəqin ki, bunun cavabını bilmir. Bu nə MİQ, nə sertifikasiya sualı ola bilməz. Bu ciddi elmi tədqiqat mövzusudur. Müəllimə müsahibə mərhələsində belə sual ünvanlamazlar.
Bunu praktik olaraq ənənəvi metodlarla etmək mümkün deyil. Sözdə çox şey demək olar. Bunun üçün adaptiv öyrədici sistemlər və müvafiq kontent hazırlamaq lazımdır. İndi dünya təhsil sistemi süni intellektdən istifadə etməklə bu istiqamətdə çalışır.

Bu suala cavab almaq üçün illərlə tədqiqat aparılmalıdır, ən azı 10-15 sayda 100 minlik qrant verilməlidir bu araşdırmalara. Yoxsa , mənasız ictimai fəallıq mövzusunda qrantlar yox, məhz belə elmi-praktik mövzuda müsabiqələr aparmaq lazımdır. Əgər suallara düzgün cavab axtarılırsa, belə araşdırmaları dost tanışa yox, elm adamlarına yönləndirmək lazımdır.
Müsahibə sualı 2:
Şagirdlərin tədrisində hansı boşluqları görürsüz və bunu necə aradan qaldırarsız ?

Bu halda da sualın qoyuluşu düz deyil.
"Şagirdlərin tədrisində..." ola bilməz.
Tədris edilən fənn olur, məzmun olur, şagird yox.

Hər dəfə təhsil menecerlərinin belə naşılığını görəndə əsl təhsil mütəxəssisləri dəhşətə gəlir.

"Paralel.az"

0.014733076095581