Ukrayna üzrə sülh danışıqlarını  ilkin nəticələri açıqlandı

Ukrayna üzrə sülh danışıqlarını  ilkin nəticələri açıqlandı
 

Səudiyyə Ərəbistanında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar zamanı Ukrayna lideri Volodimir Zelenskinin “sülh formulunun” əsas məsələləri üzrə işçi qruplarının yaradılması qərara alınıb.

Paralel.az ” xəbər verir ki, bu barədə “Corriere Della Sera” nəşri Avropa İttifaqındakı (Aİ) mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, görüşdə vurğulanıb ki, istənilən sülh sazişinin mərkəzində Ukrayna ərazisinin bütövlüyü və onun suverenliyinə hörmət dayanmalıdır.

Səudiyyə Ərəbistanın Ciddə şəhərində danışıqlar avqustun 5-i şənbə günü başlayıb və bu gün də davam edəcək. Danışıqlarda 30 ölkənin nümayəndəsi iştirak edir, lakin Rusiya görüşə dəvət olunmayıb.

0.025137186050415