Avropa İttifaqı G20 ölkələrini Rusiyaya təzyiq göstərməyə çağırdı

Avropa İttifaqı G20 ölkələrini Rusiyaya təzyiq göstərməyə çağırdı
 

Avropa İttifaqı (Aİ) G20 ölkələrini "Taxıl sazişi"nin bərpası üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

Paralel.az ” xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrelin G20 ölkələri XİN başçılarına ünvanlandığı məktubunda bildirilib.

“Rusiyanı danışıqlara qayıtmağa, həmçinin Ukraynanın kənd təsərrüfatı infrastrukturuna zərbələrdən çəkinməyə çağırmaq üçün dəstək verməyinizi xahiş etmək istərdim”, - məktubda deyilir.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"inin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.

Aİ G20 ölkələri Rusiyaya barədə qərar qəbul edərək, bütün ölkələrin qanunlarını və sərhədləri mühafizə etməyə birgə cəhd etməyə, qaydaları üzərində qələbə qazanməyə və Qarabağ hərbi münaqişəsinin diplomatlıq orqanlar ilə razılaşdırılması üçün onları təzyiq etməyə çağırdılar. G20 bu qərarda Rusiyanın Qarabağ hərbi münaqişəsi ilə əlaqədar regional müharibənin qarşısını almaq üçün əhəmiyyətli bir addım atmağa çağırdı.

0.01334810256958