Köhnə avtomobillərin taleyi necə olacaq?

Köhnə avtomobillərin taleyi necə olacaq?
 

"İnsanlar köhnə avtomobillərini təhvil verməlidirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı 20 ildən çox fəaliyyətdə olan nəqliyyat vasitələrindən danışarkən deyib. 

Ekspertin sözlərinə görə, avtomobil parkının yenilənməsi üçün ortaya dövlət tərəfindən güclü iradə qoyulmalı və düzgün siyasət yeridilməlidir: 

"Çox təəssüf ki, Azərbaycanda bu istiqamətdə atılan addımlar sadəcə olaraq avtomobil parkının daha da köhnəlməsinə hesablanıb. Məsələn, avtomobillərin  ölkəyə gətirilməsi ilə bağlı rüsumlar demək olar ki, tez-tez artırılır. Rüsumlar artdıqca vətəndaşlar  məcburən daha köhnə maşın alırlar. İstəyirlər ki, nəqliyyat vasitəsi onlara daha ucuz başa gəlsin. Yeni avtomobil gətirənlərə isə güzəştlər şamil edilmir. Hesab edirəm ki, ölkəyə yeni avtomobillərin gətirilməsinə güzəştlər tətbiq ediloməlidir”. 

Ekspert hazırda hibrid avtomobillərə güzəştlərin olduğunu deyib: 

"Onların da qiyməti ənənəvi avtomobildən daha bahadır. Avtomobil parkının yenilənməsi üçün imkanlar yaradılmalıdır. Bu gün hibrid və elektromobillərə tətbiq olunan müəyyən güzəştləri ənənəvi avtomobillər üçün də tətbiq etmək olar. Belə güzəştlər müəyyən bir dövrü əhatə edə bilər. Bu yolla avtomobil parkını yeniləmək daha məqbuldur. Avtomobil bazarında qiymət bahalaşdıqca, rüsumlar artdıqca, heç kim təzə maşın almır”.
 
Qeyd edək ki, Azərbaycanda 635 minə yaxın maşının 20 ildən çox yaşı olması barədə statistikia açıqlanıb. Hər 20 maşından yalnız 1-inin yaşı 5 ildən az olması haqqında məlumat açıqlanıb. 

Köhnə avtomobillərin taleyi olduqca qısadır, amma yüngül özüməyi aparanların safety car və restoran maşınlarına ehtiyac olması nəzərə alındıqda hələ də mövcudluğunu qoruyur. Buna görə də, insanların taleyi indiyə qədər sürətinin təmin edildiyi növ avtomobillərə olduqca yaxşıdır. Xüsusilə də, köhnə avtomobillərin tamirli və baxılmış yeni modellərinə görə taleyin qatlanma ehtimalının olduğunu söyleyə bilərik.

0.11645007133484