Yay tətili düşüncəsi - Məmməd Talıblı yazır...

Yay tətili düşüncəsi - Məmməd Talıblı yazır...
 

Celal Şengör təkcə geoloq olduğu üçün populyar deyil. Öz ixtisasından kənar sahələr üzrə də fərqli düşünə bilmək miqyasına görə daha çox seçilən bilim insanıdır.

Celal Şengörün bir fikri rasional qavrayışı daha çox ifadə edir:
“Öyrənmək bir şeyi yaddaşa yazmaq deyildir. Öyrənmək bir şeyi beyninizdə əvvəldən yarada bilməkdir.”

Yarada biləcəyimiz bir nəsnə isə yalnız epizodik təhsilin keyfiyyəti ilə bağlı deyil. Mənim fikrimcə, nə virtual, nə əyani, canlı təhsil bütün dərdlərin çarəsi deyil. Bəlkə də nə zamansa kollektiv olmadan da fərdi təhsilə keçid ağlagəlməz nisbətdə böyüyə bilər.

Fərdi təhsilin yaxın gələcəkdə daha çox aktuallıq kəsb etməsinə inanalardanam. Bir daha təsdiq olunmaqdadır ki, təhsilin keyfiyyəti öyrətmə sistemlərinin birbaşa və dolayı təmas imkanlarından daha çox, onun mənimsənilmə və idrakı prosesləri ilə bağlıdır.

Harada elm öyrədə, harada təhsil verə bilirsən, onun üsullarından asılı olmayaraq ora təhsil müəssisəsidir.

Dünyagörmüş insanlardan birinin olduqca ibrətamiz bir fikri var: "Məktəb yalnız dörd tərəfi divarla əhatələnən, üzərində dam örtüyü olan yer deyil. Məktəb hər yerdir. Əsnasında bir meşə, əsnasında dağ başı. Öyrənmənin, məlumatın var olduğu hər yer elə məktəbdir."

Yay tətili də bir məktəbdir. Heç kimin məktəbə getmədiyi, lakin evində qura biləcəyin məktəb...
Yay tətili biliyinizin sistemləşdirilməsi üçün verilən zaman fürsəti kimi qiymətləndirsəz, məktəbə yalnız 9 aylıq rutin həyatdan çıxarıb həyat tərzinə çevrəcəksiniz.

"Paralel.az"

0.025493144989014