ABŞ Çinə qarşı yeni silahlar üzərində işləyir

ABŞ Çinə qarşı yeni silahlar üzərində işləyir
 

Sakit okeanda Çinin fəaliyyətini izləyən ABŞ raketlərin daha uzağa uçması üçün partlayıcılar üzərində çalışır.

Paralel.az xəbər verir ki, ABŞ rəsmiləri hərbi arsenalın əhatə dairəsini artırmaqla Sakit okeanda üstünlük əldə etmək üçün raketlərin hazırlanmasında istifadə olunan kimyəvi maddələrin tərkibinin gücləndirilməsi niyyətindədir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Konqres daha güclü yanacaqlardan və daha yüngül savaş başlıqlarından istifadə etməklə mövcud silahların çeşidini 20 faizə qədər genişləndirə biləcək bir vasitə axtarır.

Qeyd edək ki, ötən həftə Senat raketləri hərəkətə gətirmək üçün istifadə edilə bilən kimyəvi maddələrin istehsalı üçün 13 milyon dollarlıq qanun layihələrini təqdim edib. Hazırda demokratların nəzarətində olan Senat və respublikaçıların nəzarətində olan Nümayəndələr Palatası hələ də konsepsiya üçün yekun maliyyə məsələsini müzakirə etməlidirlər. Lakin Çini ərazidən çəkindirmək üçün hər iki partiyanın sözügedən məsələ barədə ümumi razılıq var.(Report)

0.013643980026245