KOBİA-nın qrantı hesabına innovativ sahibkarlığa dair kitab hazırlanır
 

KOBİA-nın qrantı hesabına innovativ sahibkarlığa dair kitab hazırlanır 
 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) 3-cü qrant müsabiqəsi çərçivəsində “KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tövsiyyələrin hazırlanması“ adlı layihənin icrasına başlanılmışdır.

"Paralel.az" xəbər verir ki, layihə çərçivəsində KOB-ların innovativ fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsi və təhlili, seçilmiş materialların sistemləşdirilməsi, redaktəsi, beynəlxalq təcrübənin yerli şəraitə adaptasiyası və hazırlanmış material əsasında kitab çapı nəzərdə tutulur.

Qeyd edək ki, layihə 6 ay davam edəcəkdir. Layihənin icraçısı müsabiqənin qalibi olmuş fiziki şəxs İ. Əhmədovdur.

0.013427972793579