Ölümlə nəticələnən hindu-müsəlman toqquşması: komendant saatı elan edildi

Ölümlə nəticələnən hindu-müsəlman toqquşması: komendant saatı elan edildi
 

Hindistanın Haryana əyalətinin Nuh bölgəsində hindu qruplaşması ilə müsəlman qrup arasında qarşıdurma baş verib.

Paralel.az xəbər verir ki, Nuh rayon polis idarəsinin sözçüsü Krişab Kumar hadisənin cənazə alayı bir məbəddən digərinə keçərkən yolda baş verdiyini deyib. Polis rəsmisi hadisə nəticəsində 4 nəfərin öldüyünün, 10 nəfərin yaralandığını söyləyib:
“İki qrup arasında toqquşma 4 nəfərin ölümü ilə nəticələnib. Ölənlərdən ikisi mülki qüvvələrlə toqquşmalarda polisə kömək edən könüllü mühafizə dəstəsinin üzvüdür”. 
Bundan başqa, Haryana əyalətinin Quruqram şəhərində dünən axşam saatlarında məscid yandırılıb.

Toqquşmalar bir nəfərin ölümü, xeyli sayda insanın yaralanması ilə nəticələnib. 

Polis qarşıdurmaların baş verdiyi bölgədə ciddi təhlükəsizlik tədbirləri görüldüyünü, cinayətkarların müəyyən edildiyini və bir çoxunun tutulduğunu açıqlayıb.

Qeyd edək ki, qarşıdurma ilə bağlı bölgədə komendant saatı elan edilib və internetə giriş məhdudlaşdırılıb.

Məhəmməd Allahyarlı (təcrübəçi)

0.015428066253662