Rusiyanın taxıl blokadasını ilk dəfə İsrail gəmisi yarıb

Rusiyanın taxıl blokadasını ilk dəfə İsrail gəmisi yarıb
 

Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi yarıb.

 Ukrayna KİV xəbər verir ki, Rusiyanın təhdidlərinə baxmayaraq, “Ams1” gəmisi Dunay çayının Ukrayna qoluna daxil olub.

Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın dəniz blokadasını aşan ilk gəmidir.

Səfərinə Aşdoddan (İsrail) başlayaraq o, açıq şəkildə təyinat yeri - Ukraynanı göstərib və birbaşa marşrutla Qara dənizi keçib.

0.084269046783447