Afrikada “Yaşasın Putin” aksiyası – Makron qəzəbləndi

Afrikada “Yaşasın Putin” aksiyası – Makron qəzəbləndi
 

Fransa tərəfindən Nigerə edilən maliyyə yardımının kəsilməsindən sonra minlərlə insan əllərində Rusiya bayraqları ilə Fransa səfirliyi qarşısına toplaşaraq etiraz aksiyası keçirib. 

Paralel.az ” xəbər verir ki, aksiya iştirakçıları Rusiyanı dəstəkləyən şüarlar səsləndiriblər. 

Bəzi etirazçılar binaya girmək istəyərkən digərləri “Fransa səfirliyi” yazılmış lövhəni cırıb, Niger və Rusiya bayraqlarını asaraq “Yaşasın Rusiya” və “Yaşasın Putin” şüarları səsləndiriblər. 

Məlumata görə, aksiyada səfirliyin qapısını da yandırıblar.

Prezident Makron Fransanın Niameydəki səfirliyinə qarşı zorakı etirazlara reaksiya verib:

“Fransa vətəndaşlarına, hərbçilərinə, diplomatlarına və Fransanın maraqlarına hücum edən hər kəs Fransanın dərhal və sərt cavab verdiyini görəcək”.

Bəyanatda həmçinin Fransanın devrilmiş Niger prezidenti Məhəmməd Bazumun geri qayıtmasını dəstəkləndiyi qeyd olunub.

Ötən həftə hərbçilər Nigerdə dövlət çevrilişi edib və bundan sonra Fransa Nigerlə təhlükəsizlik sahəsində əməkdaşlığı və maliyyə yardımını dayandırdığını elan edib.

Niger Fransanın əhəmiyyətli bir uran qaynağıdır. Belə ki, Fransanın uran ehtiyacının 1/3-ni Niger təmin edir. Dünyada dördüncü ən zəngin uran ehtiyatına malik olan Niger Fransada nüvə stansiyalarının əsas mənbəyi kimi tanınır.

 

0.012421846389771