Çəkiliş üçün çıxdığı binanın 68-ci mərtəbəsindən yıxılıb öldü 

Çəkiliş üçün çıxdığı binanın 68-ci mərtəbəsindən yıxılıb öldü 
 

Ekstremal idmana olan həvəsi ilə tanınan fransız fenomen Remi Lusidi şou üçün çıxdığı binanın 68-ci mərtəbəsindən yıxılaraq ölüb.

Paralel.az “New York Post” qəzetinə istinadən xəbər verir ki, sözügedən hadisə Honq Konqda baş verib.

O, Honq-Konqda bir binaya dırmaşsa da, 30 yaşlı gənc bu dəfə istəyinə nail ola bilməyib. 
Honq Konq rəsmilərinin bildirdiyinə görə, Lusidi binaya axşam saat 6 radələrində gəlib.

Təhlükəsizlik görüntülərinə görə, Lusidi 49-cu mərtəbəyə çatdıqdan sonra binanın ən təpəsinə çıxmaq üçün pilləkənlərdən istifadə edib.

Məlumata görə, polis Lusidinin ölməzdən əvvəl binanın damında köməksiz qalması və yardım üçün pəncərəni döydüyünü düşünür və bu ehtimalı araşdırır.

Həmçinin qeyd edilib ki, polisin hadisə yerində Lusidinin kamerasını tapıb. Cihazda fenomenin təhlükəli hərəkətlər etdiyi videoların olduğu bildirilir.

Qeyd edək ki, o, sosial şəbəkədə “Remi Enigma” ləqəbi ilə tanınıb. 

Məhəmməd Allahyarlı

0.015638113021851