Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda keçirildi

Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda keçirildi
 

Həftənin ilk “Açıq mikrofon” aksiyası Xaçmaz rayonunda keçirildi

"Paralel.az" xəbər verir ki, SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Xaçmaz rayonunun Qımılqışlaq kəndində təşkil olunub. Aksiyaya qatılan sakinlərdən 6 nəfəri mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıblar. Qımılqışlaq camaatı əsasən fərdi yaşayış evinin qazlaşdırılmasını, küçə qaz xəttinin çəkilməsini xahiş ediblər. Bir müraciət isə qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Xaçmaz RQİİ-nin məsul şəxsləri görüşdə səsləndirilən hər bir problem və təklifin araşdırılaraq həllinə nail olunacağını bildiriblər.

0.014634847640991