5500 il əvvəl ölən insanın meyiti marağa səbəb oldu

5500 il əvvəl ölən insanın meyiti marağa səbəb oldu
 

Britaniya Muzeyində sərgilənən 5500 illik ən qədim insan bədəni olan mumyaya ziyarətçilərin böyük marağı var.

Paralel.az  xəbər verir ki, İngiltərənin paytaxtı Londonda Britaniya Muzeyində nümayiş etdirilən ən qədim insan bədəni misirli bir kişiyə məxsusdur. E.ə 3500-cü ildə Misirin Gebelein bölgəsində basdırılan və 5500 il əvvəl öldüyü bildirilən Gebelein Adam mumiyası 19-cu əsrin sonunda Britaniya Muzeyinin Misirşünaslıq əməkdaşı Uollis Budc və komandası tərəfindən tapılıb.

Mumiya 100 ildir ki, nümayiş etdirilir. Dünyanın bir çox yerindən, eləcə də İngiltərədən gələn qonaqlar təbii mumiyanın yerləşdiyi əraziyə gələrək əsrlərdir qorunub saxlanılan mumiyanı araşdırırlar. Mumiyanın çiyninin sağ tərəfində qılınc kimi bir əşya ilə öldürüldüyünü bildirən Muzey rəsmisi Əhməd Viksen bildirib ki, burada tapılan meyit Britaniya Muzeyindəki ən qədim qalıqlardan biridir.(Publika.az)

0.018036842346191