İtən alpinistin cəsədi 37 il sonra tapıldı

İtən alpinistin cəsədi 37 il sonra tapıldı
 

Alp dağlarının İtaliya-İsveçrə sərhədində, Matterhorn dağında itkin düşən alpinistin cəsədinin qalıqları tapılıb.

Paralel.az “BBC”yə istinadla xəbər verir ki, cəsəd iyulun əvvəlində Zermattdakı Teodul buzlaqından keçən bir qrup alpinist tərəfindən tapılıb.

Polisin verdiyi məlumata görə, adı açıqlanmayan şəxsin itən zaman 38 yaşında olduğu qeyd edilib.

DNT testi nəticəsində məlum olb ki, qalıqlar 1986-cı ildə yoxa çıxan alman alpinistinə məxsusdur. 

İtkin düşən şəxsin tapılması, iqlim böhranı səbəbindən əriyən dağ buzlaqlarının gətirdiyi son tapıntı olub.

Qeyd edək ki, 1974-cü ildə Alp dağlarına qalxarkən yoxa çıxan çex alpinistinin qalıqları isə 2015-ci ilin oktyabrında tapılıb.

 

0.025660037994385