Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlər təyin edilib

Dövlət Neft Şirkətinə yeni vitse-prezidentlər təyin edilib
 

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Paralel.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.

Həmçinin daha bir sərəncamla Ziba Tacəddin qızı Mustafayeva Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

 

0.013967037200928