YUNESKO məktəblərdə smartfonların  qadağan edilməsinə çağırış edib

YUNESKO məktəblərdə smartfonların  qadağan edilməsinə çağırış edib
 

Dosent İlham Əhmədov

YUNESKO məktəblərdə smartfonların qlobal şəkildə qadağan edilməsini təklif edib.  

YUNESKO-nun hesabatında deyilir ki, sinifdəki problemləri həll etmək, öyrənməni yaxşılaşdırmaq və uşaqları kiber zorakılıqdan qorumaq üçün smartfonlar məktəblərdə qadağan edilməlidir.

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Agentliyi mobil telefonlardan həddindən artıq istifadənin akademik göstəricilərin aşağı düşməsinə, ekran arxasında çoxlu vaxt keçirməyin isə uşaqların emosional sabitliyinə mənfi təsir göstərdiyinə dair sübutların olduğunu bildirib.

Hesabatda qeyd edildiyi kimi, smartfonların qadağan edilməsi çağırışı açıq şəkildə göstərir ki, ümumilikdə rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt həmişə təhsilin  şəxsiyyətyönlü olmasına xodmət etməli, heç vaxt müəllimlərlə üzbəüz qarşılıqlı əlaqəni, canlı üzsiyyəti əvəz  etməməlidir.

YUNESKO  təhsil siyasətçilərinin rəqəmsal texnologiyaların düşüncəsiz istifadəsinin zərərli olduğunu bildirir. Rəqəmsal texnologiyaların  sistemsiz istifadəsi təlim nəticələrinə və iqtisadi səmərəliyə müsbət təsirinin həddən artıq qiymətləndirilməsini və yeniliklərin heç də həmişə daha yaxşı olmadığını nəzərə çatdırır.

Heç də bütün dəyişikliklər  inkişafa səbəb olmur. Sadəcə nələrinsə edilə bilməsi o demək deyil ki, bu hökmən edilməlidir.

Xüsusilə universitetlərdə onlayn öyrənmənin geniş yayılması tələbələrin parta arxasında təlimi ilə  müqayisədə təhsilin “sosial aspektini”  zəiflədir.  YUNESKO-nun  hesabatında daha sonra  deyilir: “Daha çox fərdiləşdirməyə çağırışlar edilməsi  təhsilin mahiyyətini unudanlardır.   Bununla belə, “şagirdlərin sinifdə və evdə, smartfon, planşet, noutbukdan  hədsiz və ya  normadan xeyli çox  istifadə etməsi uşaqların  diqqətini  yayındıra, poza və öyrənməyə mənfi təsir göstərə bilər”.

Agentliyin ekspertləri bu nətcələrə gələrkən  rəqəmsal texnologiyalardan həddindən artıq istifadə ilə şagird nailiyyətləri arasında "mənfi əlaqəni" göstərən irimiqyaslı beynəlxalq araşdırmaların nəticələrindən istifadə ediblər.

"Paralel.az"

0.083513021469116