Filippində sərnişin qayığı batdı: 30 nəfər həlak oldu

Filippində sərnişin qayığı batdı: 30 nəfər həlak oldu
 

Filippinin Rizal bölgəsindəki Laquna de Bay gölündə sərnişin gəmisi batıb.

Paralel.az “HaberGlobal”a istinadla xəbər verir ki, hadisə nəticəsində 30 nəfər həlak olub.

Sahil mühafizəsi 40 nəfərin xilas edildiyini bildirib.

Gəmidə 70 sərnişinin olduğu təxmin edilir.

Ölkənin şimal bölgələrində təsirli olan tayfun səbəbilə Filippində bir çox limanda səyahət qadağası qoyulub.

Verilən məlumata görə, təxminən 3800 sərnişin limanlarda qapalı qalıb.

Doksuri tayfunu nəticəsində ölkədə 6 nəfərin öldüyü bildirilib.

 

0.076349973678589