“Açıq mikrofon” aksiyası qaz xətti yeni çəkilmiş Qumux kəndində
SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” bu dəfə Şəki rayonunun Qumux kəndində təşkil olunub. Aksiyaya qatılan sakinlər qaz xətti yeni çəkilmiş Qumux kəndinin tezliklə mavi yanacaqla təmin olunması ilə yanaşı, fərdi yaşayış evlərinin qazlaşdırılmasını da xahiş ediblər. Vətəndaşlara məlumat verilib ki, “SOCAR” “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir. Zaqatala RQİİ-nin rəhbər şəxsləri aksiyada səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.
"Paralel.az"