Baydendən Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı gizli tapşırıq

Baydendən Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı gizli tapşırıq
 

ABŞ Prezidenti Cozef Bayden gizli şəkildə ABŞ hökumətinə Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşməyi tapşırıb.

Paralel.az ” xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Mətbuata Baydenin bu gizli tapşırığı məsələdən xəbəri olan rəsmilərdən məlum olub. Rəsmilər hesab edirlər ki, Amerika prezidentinin belə bir addımı ABŞ-nin siyasətində ciddi dəyişiklikdən xəbər verir.

Rəsmilərin izah etdiyi kimi, Baydenin qərarı belə bir hərəkətin ABŞ ordusunun təqib edilməsinə yol açacaq presedent yarada biləcəyindən qorxan Pentaqonun aylarla davam edən müqavimətinin üstündən xətt çəkib.

Nəşr bildirib ki, ABŞ Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbələr endirmək, eləcə də ukraynalı uşaqları işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarına dair məlumatlara malikdir.

Qeyd olunub ki, Vaşinqton bəzi məlumatları artıq Ukrayna prokurorları ilə bölüşüb, lakin Haaqa məhkəməsi ilə deyil.

0.018459796905518