Ərdoğan çinli nazirlə bu məsələləri müzakirə etdi

Ərdoğan çinli nazirlə bu məsələləri müzakirə etdi
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb.

Paralel.az ” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Danışıqlar mətbuata qapalı keçirilib.

Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib.

Ərdoğan Çinin “Bir Kəmər və Yol” təşəbbüsü ilə Türkiyənin Orta Dəhliz Təşəbbüsünün uyğunlaşdırılması istiqamətində səylərin sürətləndirilməsi məsələsinə toxunub.

O, bu məqsədlə yaradılmış Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclasını keçirmək istədiklərini də bildirib.

0.077435970306396