Tanınmışlar Rza Rzayev üçün İnam Kərimova müraciət etdi

Tanınmışlar Rza Rzayev üçün İnam Kərimova müraciət etdi
 

Tanınmış hüquq müdafiəçiləri, mətbuat rəhbərləri və QHT sədrləri aktyor, rejissor və ssenarist Rza Rzayevlə bağlı Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ünvanlayıb.

Axar.az xəbər verir ki, müraciətdə xuliqanlıqda ittiham olunaraq, Apelyasiya Məhkəməsi tərəfindən 18 may 2023-cü ildə həbs edilən Rza Rzayev barədə Ali Məhkəməyə edilən kassasiya şikayətinin nəzarətə götürülməsi, işə humanizm prinsiplərindən yanaşılması, aktyorun cəmiyyətdə nüfuzunun nəzərə alınması və onun azadlığa buraxılması xahiş edilir.

Müraciəti hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı, Səidə Qocamanlı, Rauf Zeyni, jurnalistlər Hacibey Heydərli, Fərid Şahbazlı, Aqil Ələsgər, Elşad Paşasoy, Səbuhi Qafarov, Həbibə Abdulla, QHT sədrləri Əhməd Abbasbəyli, Qorxmaz İbrahimli, Ramil Əliyev, Togrul Allahverdili, Niyaməddin Orduxanlı və s. imzalayıb.

Qeyd edək ki, Rza Rzayevina həbsdən azad olunması üçün millət vəlilləri Aqil Abbas, Qüdrət Həsənquliyev və Fazil Mustafa da Ali Məhkəmə sədrinə müraciət ediblər.

Xatırladaq ki, Rza Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.

0.016751050949097