Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır, Mahir Emrelinin “Astana” sınağı - AFİŞA

Çempionlar Liqası: “Qalatasaray” mübarizəyə başlayır, Mahir Emrelinin “Astana” sınağı - AFİŞA
 

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Paralel.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçiriləcək.

Günün ilk iki oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”lə, Finlandiyada isə HİK və Norveç “Molde”si münasibətlərinə aydınlıq gətirəcəklər.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su Xorvatiyada Qazaxıstanın “Astana” klubunu qəbul edəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyunlar

25 iyul

20:00. “Jalgiris” (Litva) - “Qalatasaray” (Türkiyə)
20:00. HİK (Finlandiya) - “Molde” (Norveç)

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) - “Astana” (Qazaxıstan)

22:00. “Dnepr-1” (Ukrayna) - “Panatinaikos” (Yunanıstan)

22:30. “Servett” (İsveçrə) - “Genk” (Belçika)

23:00. “Zrinski” (Bosniya və Herseqovina) - “Slovan” (Slovakiya)

23:15. “Breydablik” (İslandiya) - “Kopenhagen” (Danimarka)

Qeyd edək ki, II təsnifat mərhələsinin digər beş oyunu iyulun 26-da olacaq.

0.016588926315308