“4-cü Sənaye İnqilabı dövründə Yeni Təhsil”
müzakirələri aktualdır - dos. İlham Əhmədov

“4-cü Sənaye İnqilabı dövründə Yeni Təhsil” müzakirələri aktualdır - dos. İlham Əhmədov
 

Məlum olduğu kimi, bu ərəfədə mədəniyyətimizin paytaxtı Şuşa şəhərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” adlı möhtəşəm Şuşa Qlobal Media Forumu keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin Media nümayəndələri qarşısında çıxışı və onların suallarına cavabı çox maraqlı və yadda qalan oldu.

4-cü Sənaye İnqilabı bütün sahələrdə ciddi transformasiya proseslərinə təkan vermişdir. Yeni Sənaye İnqilabı Təhsil üçün də unikal innovativ imkanlar yaradıb.

Artıq 25 ildən çoxdur bütün mütərəqqi ölkələr öz təhsil sistemində mərhələlərlə informatlaşma, elektronlaşma, rəqəmsallaşma kimi texnologiyaları uğurla tətbiq etmişlər. Distant təhsil kimi universal təhsil texnologiyası məhz bu proseslərin nəticəsi kimi yaranmış və sürətlə inkişaf etməkdədir.
Təhsilin incəliklərini bilən bütün peşəkar TOP menecerlər öz ölkələrində, öz işlədikləri universitetlərdə artıq 25 ildir ki, bu innovatıv təhsil texnologiyasını tətbiq edirlər.
Bu gün təhsilin rəqəmsal transformasiyası bütün aparıcı universitetlərin inkişaf strategiyasının əsasını təşkil edir.

Bizim təhsil sistemi təəssüf ki, bu innovativ meyllərdən uzun müddətdir ki, kənarda qalıb. Milli təhsil sistemimizin gec də olsa bu proseslərə qoşulması zəruridir.

Müxtəlif qlobal təhsil reytinqlərində təhsilimizin geridə olmasının əsas səbəblərindən biri də onlayn təhsil texnologiyalarından çox zəif istifadə etməyimizdir.

Hələ 20 il öncə neft kapitalının insan kapitalına çevrilməsi strategiyası müəyyənləşəndə, biz bu addımı atmalı idik. İnsan kapitalının formalaşması məhz distant, virtual, smart təhsil texnologiyaları ilə reallaşmalı idi.
Təklif edirəm ki, Mədəniyyətimizin paytaxtı olan Şuşa şəhərində keçiriləcək növbəti Qlobal forumlardan biri də “4-cü Sənaye İnqilabı dövründə Yeni Təhsil” mövzusunda olsun.
Bu forumda yeni sənaye inqilabı dövründə insan kapitalının formalaşması üçün rəqəmsal texnologiyalardan istifadə məsələləri müzakirə edilsin.

Bu forumun ölkəmizdə təhsilin inkişafına təkan verəcəyinə inanıram.

"Paralel.az"

0.014594078063965