Çində təyyarə qəzaya uğrayıb, ölənlər var

Çində təyyarə qəzaya uğrayıb, ölənlər var
 

Çinin şimal-şərqindəki Heylunzyan əyalətində kənd təsərrüfatı işləri üçün nəzərdə tutulan təyyarənin qəzaya uğraması nəticəsində iki pilot həlak olub.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, hadisə Heqanq şəhərində kimyəvi maddələrin səpilməsi zamanı baş verib.

Qəzanın səbəbləri araşdırılır.

0.017816066741943