Zəif universitetlərimizi regionlara köçürəkmi? - dos. İlham Əhmədov 

Zəif universitetlərimizi regionlara köçürəkmi? - dos. İlham Əhmədov 
 

Son 15 ildə universitetlərin paytaxtdan kənara köçürülməsi ilə əlaqədar məsələ tez tez gündəmi zəbt edir. Paytaxtın həddən artıq yüklənməsi səbəbi ilə bu ideya müzakirə obyekti ola bilər. Digər tərəfdən regionların sosial-iqtisadi, mədəni inkişafı baxımından da məsələ maraq doğurur. Amma bu çox ciddi və kapital tutumlu məsələ olduğu üçün, tələsik qərar vermək də düz olmazdı. Məsələni hərtərəfli təhlil etmək lazımdır. 

Bu məsələ 13 il əvvəl də gündəmə gəlmişdi. Belə müzakirələrin birində çıxış zamanı biz dedik ki, gəlin əvvəlcə universitetlərimizi universitet edək, sonra hara istəsəniz köçürdərik.
Bu gün universitetlərimizdə xeyli problemlər var. Bizim universitetlərimiz istər elm, istər təhsil, istərsə də innovativ inkişaf sahəsində region universitetlərindən xeyli geridədir. Bunu bu yaxında elan edilən dünya universitetlərinin qlobal reytinq cədvəli bir daha sübut etdi.
Geriliyimizin əsas səbəbi isə ATM zəif kadr potensialı, səmərəsiz idarəemə və maliyyələşmənin aşağı səviyyədə olmasıdır.
ATM-də ciddi problemlərin həllinə, inkişafa illər ərzində pul tapılmadığı halda, indi universitetlərin köçürülməsinə külli miqdarda pul xərcləməyimiz nə qədər məqsədəuyğundur ? Müqayisə üçün bildirək ki, hər hansı regionda yeni bir universitet kampusunun tikilməsinə 150-200 milyon manat lazım ola bilər. Bu vəsait hardan tapılacaq? Əgər vəsait tapılacaqsa, bu pulu zəif universitetin paytaxtdan köçürülməsinəmi xərcləyək (hansını ki, müasir anlamda onu universitet adlandırmaq da çətindir), eyni zamanda reytinqlərdə bir az da geriləyək, yoxsa universitetdə elm və təhsilin inkişafına, onun müasirləşməsinə, rəqəmsal təhsilin inkişafınamı xərcləyək ?
Nəticə etibarı ilə bu vəsaiti ölkə universitetlərinin, dolayısı ilə ölkənin nüfuzunun yüksəlməsinəmi xərcləyək?
Ali təhsil sahəsində son
20 il ərzində buraxılan ciddi səhvlər, ciddi gerilik bu gün ATM-in, elə ölkənin özünün də inkişafına belə, heç də asan olmayan problemlər yaradır. Bu vəziyyətdə ATM regionlara köçürməyinə dəyərmi?
Universitetlər bundan nə udacaqlar?

0.016519069671631