Fələstin və İsrail liderləri gələn həftə Türkiyəyə səfər edəcəklər

Fələstin və İsrail liderləri gələn həftə Türkiyəyə səfər edəcəklər
 

Fələstin Dövlətinin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu gələn həftə üç gün fərqlə Türkiyəyə səfər edəcəklər.

Paralel.az ” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisi məlumat yayıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bir həftə ərzində Türkiyədə Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahunu ayrıca qəbul edəcək.

Tərəflər aktual regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Mahmud Abbas Türkiyəyə iyulun 25-də, Netanyahu isə iyulun 28-də gələcək.

0.021259784698486