Bakıda domofona görə hər ay niyə pul yığılır?

Bakıda domofona görə hər ay niyə pul yığılır?
 

Son dönəmlər Bakıda yerləşən binaların təhlükəsizliyinin təmini məqsədilə blokların girişində domofon sistemləri qurulur. Bu sahə üzrə bir neçə şirkət fəaliyyət göstərir.

Vətəndaşlar Trend-ə bildiriblər ki, bu şirkətlərdə şərtlər eynidir. Domofon quraşdırılması üçün hər mənzildən 60-80 manat arasında ödəniş alınır, daha sonra isə aylıq olaraq hər mənzil sahibi iki-üç manat aralığında aylıq ödəniş edir. Əks təqdirdə həmin mənzil üçün domofon işləməyəcək. Bundan əlavə olaraq isə əgər domofondan istifadə üçün açarları kimsə almaq istəsə, bu zaman bir açar üçün beş manat ödəniş etməlidir.

Vətəndaşlar aylıq ödənişin alınmasının əsassız olduğunu bildirirlər. Sakinlər vurğulayırlar ki, onlar domofonun quraşdırılması üçün birdəfəlik ödəniş ediblər, aylıq ödənişə isə heç bir servis haqqı daxil deyil. Əgər domofon zədələnərsə, yararsız vəziyyətə düşərsə, sakinlərdən yenidən əlavə ödəniş tələb olunur.

Sözügedən şirkətlərdən birindən aldığımız məlumata görə, domofon sistemi qarşılıqlı razılıq əsasında qurulur. Sakinlər və şirkət arasında müqavilə bağlanır, ardınca da domofon sistemi quraşdırılır.

"Domofon istifadəsi üçün nəzərdə tutulan telefon dəstəkləri sakinlərin öz səhlənkarlığı nəticəsində zədələnərsə, bu zaman abunəçinin hesabına bərpa olunur. Digər hallarda isə şirkət özü dəymiş zərəri qarşılayır", - deyə şirkətdən qeyd olunub.

0.018088817596436