Yunanıstanın qərbində daha 9 türk məktəbi bağlanır

Yunanıstanın qərbində daha 9 türk məktəbi bağlanır
 

Yunanıstanın Təhsil Nazirliyi Qərbi Frakiyada şagird sayının qeyri-kafi olduğunu əsas gətirərək daha 9 azlıq məktəbini bağlamaq qərarına gəlib.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, Yunanıstan Təhsil Nazirliyinə bağlı Şərqi Makedoniya Frakiya Dövlət İbtidai və Orta Məktəblər Region Müdirliyi qərar verib.

Onun qərarına əsasən, Rodopda 7 və İskeçedə 2 türk azlıq ibtidai məktəbi bağlanacaq.

2011-ci ildən bu yana şagird çatışmazlığı səbəbindən sistematik olaraq bağlanan türk azlıqların ibtidai məktəblərinin sayı durmadan artır.

Qərbi Frakiyada fəaliyyət göstərən azlıq məktəblərinin sayı 90-a enib.

Qərbi Frakiya Türk Müəllimlər Birliyinin (BTTÖB) sosial mediyada yayımladığı açıqlamada qərara reaksiya gəlib.

“Qərbi Frakiya Türk azlığının uşaqları, valideynləri və müəllimləri illərdir hər yeni tədris ilinə kədərli başlanğıcla başlayırlar. Bütün azlıqlar narahatdır ki bu il daha neçə məktəb bağlanacaq”.

Məktəblərin bağlanması qərarının Lozanna müqaviləsinə zidd olduğuna diqqət çəkilərək, 13 il əvvəl 194 olan azlıq məktəblərinin sayının son qərarla 90-a endirildiyi bildirilib.

 

0.019779205322266