Sulara qərq olan Tac Mahal - FOTOLAR

Sulara qərq olan Tac Mahal - FOTOLAR
 

Hindistanda baş verən güclü yağışlar ölkənin simvolu olan Tac Mahala da təsir edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, tarixi binanın həyətyanı sahəsi su altında qalıb.

Yerli rəsmilər bildiriblər ki, sel suları sonuncu dəfə 45 il əvvəl çayın daşması nəticəsində Tac Mahalın divarlarına çatmışdı.

Qeyd edək ki, İslam memarlığının ən mühüm əsərlərindən sayılan Tac Mahal 5-ci hökmdar Şah Cihanın həyat yoldaşı Ərcümənd Banu Begüm (Mümtaz Mahal) üçün Aqrada Yamuna çayı üzərində tikilib.

 

 








0.014260053634644