İsrail Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb

İsrail Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyıb
 

İsrailin baş naziri Benyamin Netanyahu Mərakeşin Qərbi Sahara üzərindəki suverenliyini tanımaq qərarına gəlib.

Paralel.az "I24NEWS" istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin başçısı Mərakeş kralı VI Məhəmmədə məktubunda bildirib.

Mərakeş kralı bildirib ki, məktubda İsrailin "Qərbi Sahara ərazisi üzərində Mərakeşin suverenliyini tanımaq" qərarından bəhs edilir. Netanyahunun ofisi onun və VI Məhəmmədin bu yaxınlarda danışıqlar apardığını təsdiqləyib.

Mərakeş tərəfinin bəyanatına görə, İsrailin mövqeyi “İsrail hökumətinin bütün müvafiq aktlarında və sənədlərində öz əksini tapacaq” və “BMT-yə, İsrailin üzv olduğu regional və beynəlxalq təşkilatlara, İsrailin əməkdaşlıq etdiyi bütün ölkələrə ötürüləcək”.

Krallığın bəyanatında deyilir ki, Netanyahu Mərakeş kralına İsrailin Qərbi Saharadakı Dəxlə şəhərində konsulluq açmağı müsbət qiymətləndirdiyini bildirib.

2020-ci ilin dekabrında ABŞ prezidenti Donald Tramp Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan bəyannamə imzaladı. Eyni zamanda ABŞ-nin vasitəçiliyi ilə İsrail və Mərakeş arasında münasibətlərin normallaşmasına dair saziş bağlanıb.

0.021309852600098